Bakı Uşaq və Gənclər Teatrı festival keçirir

11:14 - 4 Mart 2021 - Mədəniyyət

Mədəniyyət Nazirliyi Bakı Mədəniyyət Baş İdarəsi Bakı Uşaq və Gənclər Teatrı "Bir teatr, bir festival" layihəsi çərçivəsində "Sözün nizamı" adlı V festivalını keçirir.

Ucnoqta.az xəbər verir ki, festival görkəmli şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub. Festivalda Bakı Uşaq və Gənclər Teatrının aktyorları Nizami poeziyasından nümunələrlə çıxış edəcək.

Aktyorlar tərəfindən təqdim olunan materiallar mart ayının 3-ü 2021-ci il tarixə qədər video şəklində çəkilib Bakı Uşaq və Gənclər Teatrının youtube kanalında yerləşdiriləcək.

Bədii qiraət festivalının nəticələri onlayn səsverməyə uyğun dəyərləndirilməsi planlaşdırılır. Festivala Milli Teatr Günündə yekun vurulması nəzərdə tutulub.

Xəbər xətti