Rusiyanın bu şəhərlərindən Bakıya uçuşlar bərpa edilir - SİYAHI

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) Rusiyanın 11 şəhərindən Bakıya beynəlxalq müntəzəm uçuşların həyata keçirilməsinə icazə verib.

Xəbər “Rosaviasiya”nın rəsmi saytında dərc edilib.
Beləliklə, tezliklə həftədə üç dəfə olmaqla, Ufa, Krasnoyarsk, Kalininqrad, Nijni Novqorod, Həştərxan, Perm, Novosibirsk, Rostov-Don, Mahaçqala, Mineralnıye Vodı hava limanlarından Bakıya uçmaq mümkün olacaq.

Uçuşlar “Ural Hava Yolları”, “Azimut” və "Red Wings” aviaşirkətləri tərəfindən həyata keçiriləcək.
“Rosaviasiya” həmçinin “Severnıy Veter” şirkətinə Rostov-Don və Mineralnıye Vodı aeroportlarından müvəqqəti və çarter uçuşlar həyata keçirməyə lisenziya verib.

Uçuşların dəqiq vaxtı və qiyməti aviaşirkətlər tərəfindən tənzimlənəcək. ///oxu.az

Tarix
4 Mart 2021 [10:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-03-04 10:46:21
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin