Balakəndə ağır qəza- ölən və xəsarət alanlar var

10:32 - 4 Mart 2021 - HADİSƏ

Balakən rayonunda ağır yol qəzası olub.

Ucnoqta.az xəbər verir ki, Balakən rayonu Kortala kənd sakini, 1989-cu il təvəllüdlü Murad Xırxırov idarə etdiyi "VAZ-2101" markalı avtomobili yolun kənarındakı işıq dirəyinə çırpıb. Nəticədə sürücü M. Xırxırov hadisə yerində ölüb. Avtomobildə olan 3 sərnişin isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər xətti