Ucnoqta.az
www.ucnoqta.az

Balakəndə ağır qəza- <font color=red><b>ölən və xəsarət alanlar var</b></font>

10:32 - 4 Mart 2021 tarixində dərc olunub.

Balakən rayonunda ağır yol qəzası olub.

Ucnoqta.az xəbər verir ki, Balakən rayonu Kortala kənd sakini, 1989-cu il təvəllüdlü Murad Xırxırov idarə etdiyi "VAZ-2101" markalı avtomobili yolun kənarındakı işıq dirəyinə çırpıb. Nəticədə sürücü M. Xırxırov hadisə yerində ölüb. Avtomobildə olan 3 sərnişin isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif: