Şəmkirdə 16 yaşlı qız hündürlükdən yıxılıb

00:20 - 4 Mart 2021 - HADİSƏ

Şəmkirdə 16 yaşlı qız hündürlükdən yıxılıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb. 2005-ci il təvəllüdlü Mələk Yusibova yaşadığı evin ikinci mərtəbəsindən yıxılıb.

Dərhal gənc qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Xəbər xətti