Kriştianu Ronaldu rekorda imza atdı

09:43 - 3 Mart 2021 - İDMAN

"Yuventus" futbol komandasının hücumçusu Kriştianu Ronaldu İtaliya çempionatının "Spetsiya" ilə matçında fərqlənib.

“Report” xəbər verir ki, matç turinlilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qollardan birini Ronaldu vurub.

Bu, 36 yaşlı portuqaliyalının A Seriyasının cari mövsümündə 20-ci qolu olub.
Ronaldu artıq 12-ci dəfədir milli çempionatlarda azı 20 qol vurur. Bu, müasir futbolda mütləq rekorddur.

Xəbər xətti