Bakıda küçəyə atılmış uşaq tapılıb

00:24 - 3 Mart 2021 - HADİSƏ

Bakıda kimsəsiz azyaşlı tapılıb.

APA xəbər verir ki, gecə saatlarında Xətai rayonu Naximov küçəsində təxminən 4-5 yaş aralığında azyaşlı polislər tərəfindən tapılıb.
Azyaşlı ərazidə xidmət göstərən polislər tərəfindən sığınacağa gətirilib.

Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə APA-ya bildirib ki, özünü Nərgiz kimi təqdim edən uşaq onu anasının qoyub getdiyini bildirib.
Hadisə şahidləri isə azyaşlını yaşlı bir qadının küçəyə buraxıb getdiyini deyiblər.

Xəbər xətti