"Eurovision-2021"lə bağlı qərar verildi

“Eurovision-2021” mahnı müsabiqəsi oflayn formatda keçiriləcək, amma nümayəndə heyətləri, jurnalistlərin sayı azaldılacaq, tamaşaçıların buraxılmasına dair isə hələ qərar verilməyib.

"Eurovision"un rəsmi saytındakı açıqlamaya görə, bu il sayca 65-ci dəfə keçiriləcək dünyanın ən böyük canlı musiqi müsabiqəsini “B” variantında, yəni məhdud şəkildə, ciddi səhiyyə təhlükəsizliyi tədbirləri görülməklə keçirmək nəzərdə tutulur.

Məsələyə dair qərarın bu yaxınlarda Eurovision müsabiqəsinin rəhbər qurumu olan səlahiyyət qrupu, habelə Avropa Yayım Birliyi İcraiyyə Şurası tərəfindən verildiyi qeyd olunur.
“B” variantı çərçivəsində hər nümayəndə heyətində üzv sayının həmişəkinə nisbətən az olacağı, müsabiqəyə gələn jurnalistlərin 500 nəfərdən çox olmayacağı, daha 1 000 müxbirin xüsusi mətbuat mərkəzində çalışa biləcəyi də bildirilir.

Tarix
2 Mart 2021 [22:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-03-02 22:13:26
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin