Qarabağda daha bir erməninin meyiti tapıldı

21:35 - 2 Mart 2021 - Xəbər

Ağdərə yaxınlığında aparılan axtarışlar nəticəsində daha bir erməni hərbçisinin qalıqları aşkarlanıb.

Bu barədə erməni mətbuatı məlumat yayıb.
“Meyitin şəxsiyyəti məhkəmə tibbi ekspertizasından sonra müəyyənləşəcək”, - məlumatda qeyd olunub.

Bununla da axtarışlar nəticəsində tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1486 nəfərə çatıb.
Qeyd edək ki, Qarabağda axtarış işlərinin aparılması fevralın 15-dən dayandırılmışdı. Martın 2-dən isə bərpa olunub.///axar.az

Xəbər xətti