Ukrayna prezidenti koronavirusa qarşı vaksinasiya olunub

Ukraynanın prezidenti Vladimir Zelenski koronavirusa qarşı vaksinasiya olunub.

Bu barədə UNIAN məlumat yayıb.

Bildirilib ki, V.Zelenski Donbasa münaqişə zonasına səfəri zamanı bunu edib. O, peyvənd olunması ilə bağlı fotosunu tvitter səhifəsində paylaşıb.

Ukraynanın səhiyyə naziri Maksim Stepanov V.Zelenskinin nümayişkaranə peyvənd olunmasını sifariş edilən “AstraZeneca” vaksininin keyfiyyətini ukraynalılara göstərməyə cəhd olduğunu bildirib.

Qeyd edək ki, fevralın 22-də Ukraynanın Səhiyyə Nazirliyi “Pxford” və “AstraZeneca” şirkətlərinin hazırladığı vaksinləri qeydə alıb.

Fevralın 24-dən Ukraynada tibb işçilərinin vaksinasiyası başlayıb.

Tarix
2 Mart 2021 [15:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-03-02 15:58:03
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin