Azərbaycanla “Formula-1”in müqavilə müddəti uzadıldı

12:56 - 2 Mart 2021 - Xəbər

Azərbaycanda “Formula-1” yarışının keçirilmə müddəti uzadılıb. Oxu.Az-ın xəbərinə görə, 2023-cü ildə müddəti bitməli olan üç illik müqavilə 2024-cü ildə başa çatacaq. Müqavilənin müddətinin uzadılmasına səbəb fors-major halıdır. Ötən il Bakıda pandemiya səbəbindən yarış baş tutmadığından tərəflər arasında imzalanmış müqavilənin müvafiq bəndinə əsasən, sözləşmə avtomatik uzadılıb.

Xəbər xətti