Siyəzəndə meyvə-tərəvəz mağazası yanıb

09:30 - 2 Mart 2021 - HADİSƏ

Siyəzən rayonunda meyvə-tərəvəz mağazasında yanğın olub.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonda ümumi sahəsi 20 m² olan meyvə-tərəvəz mağazasının yanar konstruksiyaları 13 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti