Bakıda yaşayış binasında yanğın olub.
Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasınin zirzəmisinə yığılan 7 ədəd xalça və istifadəyə yararsız ev əşyaları 25 m² sahədə yanıb. Qatı tüstülənmədən binanın yuxarı mərtəbələrindən 25 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Tarix
1 Mart 2021 [22:49]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin