Gürcüstan Rusiya buğdasından imtina edir

17:00 - 1 Mart 2021 - DÜNYA

“Gürcüstan Rusiya buğdasını qismən Qazaxıstan buğdası ilə əvəzləyəcək”.

Bu barədə Gürcüstanın Taxıl İdxalçıları Assosiasiyasının rəhbəri Levan Silaqava bildirib.
Onun sözlərinə görə, buna səbəb Rusiyanın gömrük rüsumlarını artırmasıdır: “Bu gündən etibarən Rusiyadan ixrac olunan buğdanın bir tonu üçün gömrük rüsumu 50 avroya qədər artırılıb. Rusiya buğda bazarında əsas oyunçudur və bu səbəbdən bu məhsul bütün ölkələr üçün bahalaşıb”.

L.Silaqava qeyd edib ki, hazırkı mərhələdə Gürcüstanın Rusiya buğdasından tam imtinası mümkün deyil.///report

Xəbər xətti