Şəmkir sakini tanışı tərəfindən bıçaqlanıb

10:28 - 28 Fevral 2021 - HADİSƏ

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Kür qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini İlham Hüseynov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Araşdırma zamanı məlum olub ki İlham Hüseynov tanışı – Gündüz Zeynalov tərəfindən  bıçaqlanıb. Hadisəni törədən şəxs polis tərəfindən saxlanıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti