Lənkəranda heroin daşıyan avtomobil yaxalandı

12:32 - 27 Fevral 2021 - HADİSƏ

Lənkəran rayonunda heroin alveri ilə məşğul olan şəxs saxlanılıb.

 Lənkəran ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Kərgəlan kənd sakini C.Mirzəyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “VAZ-2106” markalı avtomobilə baxış zamanı oradan əlavə olaraq 1 kiloqramdan artıq heroin götürülüb.

 

Xəbər xətti