Ukraynada azərbaycanlı iş adamı itkin düşüb

12:27 - 27 Fevral 2021 - HADİSƏ

Ukraynanın Luqansk vilayətinin separatçıların nəzarətində olan Krasnıylunç rayonunda yaşayan azərbaycanlı iş adamı,1971-ci il təvəllüdlü Kərimov Kərəm Eyvaz oğlu itkin düşüb.

"Report"un məlumatına görə, K.Kərimov Kiyevə getmək istəyərkən Ukraynanın nəzarətində olan ərazidə yoxa çıxıb.

Belə ki, Luqanskın Ukrayna nəzarətində olan hissəsinə keçdikdən sonra azərbaycanlı iş adamı ilə yaxınlarının əlaqəsi kəsilib. Artıq bir həftədir ondan xəbər yoxdur.

K.Kərimov Krasnıylunç ətrafında kənd təsərrüfatı biznesi ilə məşğul olub.

Xəbər xətti