Bəzilərinin gözləntiləri həddindən artıq çoxdur, amma hər şeyin öz vaxtı, öz yeri var - İlham Əliyev

Biz bir məsələni də unutmamalıyıq ki, 10 noyabrdan sonra bizim bölgəmizdə və bütövlükdə dünyada tam yeni bir vəziyyət yaranıb. Biz bu vəziyyətə uyğunlaşmalıyıq, hər bir ölkə buna öyrəşməlidir. Bu, yeni bir vəziyyətdir, bizim üçün də, qonşu ölkələr üçün də. Burada həm logistik, həm texniki, həm nəqliyyat, eyni zamanda, psixoloji problemlər var.

Bu fikirləri Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında səsləndirib.

“Bəzilərinin gözləntiləri həddindən artıq çoxdur. Amma hər şeyin öz vaxtı var, öz yeri var. Biz addım-addım öz hədəfimizə çata bilmişik və mümkün olmayanı 44 gün ərzində reallığa çevirmişik. Bunu bu gün təkcə biz yox, beynəlxalq ekspertlər də deyir. Bizim apardığımız hərbi əməliyyat bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir. Hesab edirəm ki, biz müharibə dövründə və müharibədən sonra mümkün olan maksimum nəticəni əldə etdik və həyat davam edir, həyat yerində durmur, yeni məsələlər ortalığa çıxır”, -deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycanın strateji baxışından danışan Prezident İlham Əliyev deyib: “Biz nə istəyirik, bu günə qədər nə istəmişik, bundan sonra nə istəyirik. Bu arzulara, hədəflərə çatmaq üçün nə etməliyik? Bizdə çox aydın baxış və təsəvvür var. Biz bu ümumi plan çərçivəsində bundan sonra da öz addımlarımızı atacağıq və yeni nailiyyətlər, uğurlar da olacaqdır”.

 

Tarix
26 Fevral 2021 [18:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-02-26 18:38:10
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin