Hacıqabulda avtomobil aşıb- xəsarət alan var

Hacıqabulda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadişə axşam saatlarında Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Şirvan şəhər sakini, 1967-ci il təvəllüdlü Məmmədsoy İlham Qərib oğlu “KİA” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və cərrahiyyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Tarix
25 Fevral 2021 [23:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-02-25 23:31:36
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin