Putin Paşinyanla telefonla danışdı

20:37 - 25 Fevral 2021 - DÜNYA

Rusiya prezidenti Vladimir Putin ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı Ermənistandakı vəziyyət müzakirə edilib.

V.Putin Ermənistanda qayda-qanun və əmin-amanlığın qorunması, vəziyyətin qanunlar çərçivəsində həllinin lehinə danışıb.

Rusiya dövlət başçısı həmçinin bütün tərəfləri təmkinli olmağa çağırıb.

Xəbər xətti