Sabahdan havanın temperaturu yüksələcək

Bu gün gündüz saatlarından başlayaraq, ölkə ərazisində havanın sabitləşəcəyi və əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

G.Məmmədova qeyd edib ki, bu gün Bakıda və Abşeron yarımadasında temperaturun gecə saatlarında 0 dərəcəyə yaxınlaşacağı gözlənilir, mülayim külək əsəcək.

G.Məmmədova əlabə edib ki, fevralın 25-də gündüz saatlarından başlayaraq fevralın 26-da Bakıda və bölgələrdə hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Fevralın 26-27-də havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.///trend

 

Tarix
25 Fevral 2021 [12:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-02-25 12:38:59
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin