Hikmət Hacıyev Ukrayna XİN başçısının müavini ilə görüşüb- Foto

18:35 - 24 Fevral 2021 - SİYASƏT

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukraynanın xarici işlər nazirinin müavini Vasili Bodnar ilə görüşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski "Twitter" hesabında məlumat yayıb.

Qeyd edək ki, Ukrayna xarici işlər nazirinin müavini Vasili Bodnar fevralın 23-dən Azərbaycanda səfərdədir.

Xəbər xətti