Çində “5G” üçün 718 min baza stansiyası quraşdırılıb

Çində “5G” rabitə standartı üçün quraşdırılmış baza stansiyalarının ümumi sayı 718 minə çatıb ki, bu da dünyada mövcud olan belə stansiyaların təxminən 70%-ni təşkil edir.

Bu haqda Çinin sənaye və informasiya texnologiyaları nazirinin müavini Lyu Lexun deyib.
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, onun sözlərinə görə, Çində beşinci nəsil rabitə standartına təxminən 200 milyon terminal qoşulub. “5G” texnologiyasına malik 2,18 milyondan çox mobil telefon Çində satışa çıxarılıb.

Çinin aparıcı mobil operatorları 2019-cu ilin oktyabr ayının sonundan əhaliyə beşinci nəsil rabitə xidmətləri göstərməyə başlayıblar. 2020-ci ildə ölkədə “5G” rabitə standartı üçün təxminən 580 min baza stansiyası quraşdırılıb. Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, 2021-ci ildə 600 mindən çox yeni stansiyanın quraşdırılması planlaşdırılır.

Tarix
24 Fevral 2021 [18:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-02-24 18:31:34
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin