Axşama doğru şaxta daha da güclü olacaq - Nazirlik

Hazırda Bakıda havanın temperaturu 5 dərəcə şaxtaya yaxındır. Respublikanın dağlıq rayonlarında isə 15 dərəcəyə yaxın şaxta qeydə alınır.

Ucnoqta.az xəbər verir ki, bunu Trend-ə ETSN Milli Hidrometeorologiya Xidmətinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, yağıntılar ölkə ərazisində qeyri-bərabər şəkildə paylanılıb. Ən çox yağıntı ölkənin şimal bölgəsinə düşüb.
U.Tağıyeva qeyd edib ki, gün ərzində əlverişsiz hava şəraiti davam edəcək. Hazırda isə prosesin ən kəskin dövrü müşahidə edilir. Axşama yaxın yağıntıların intensivliyi bir qədər azalacaq:

"Hazırda Bakıda çovğun qeydə alınır. Axşama doğru şaxta daha da güclü olacaq. Əgər bu gecə havanın temperaturu mənfi 4,8 dərəcə idisə, 24-dən 25-ə keçən gecə temperaturun mənfi 8-9 dərəcəyə yaxınlaşacağı gözlənilir".

Tarix
24 Fevral 2021 [12:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-02-24 12:05:29
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin