Partiya sədrlərinin vaksinasiyasına başlanılıb

Azərbaycanda siyasi partiya sədrlərinin COVİD-19 əleyhinə vaksinasiyası başlayıb.

Peyvəndləmə Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında aparılır. Bunun üçün xəstəxana lazımi tibbi avadanlıqlarla təmin edilib.

İki gün ərzində həyata keçiriləcək prosesin ilk günündə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov, Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov, Müstəqil Xalq Partiyasının sədri Əfran İbrahimov, Milli Vəhdət Partiyasınn sədri Yunus Oğuz virus əleyhinə peyvənd olunublar.

Tarix
23 Fevral 2021 [14:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-02-23 14:01:07
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin