Bakıda küçədə qonşular arasında bıçaqlanma olub

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib. Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Qüdrətov İlqar Rəhman oğlu küçədə qonşusu, 1961-ci il təvəllüdlü Məmmədov Nadir İsmayıl oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə hər iki şəxs üzərində gəzdirdikləri bıçaqla bir-birilərinə bıçaq xəsarətləri yetiriblər.

Hər iki şəxs müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami rayon polis şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci ( Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.///trend

 

Tarix
23 Fevral 2021 [10:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-02-23 10:28:27
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin