Respublika İncəsənət Gimnaziyası koronavirusa görə bağlanıb

Respublika İncəsənət Gimnaziyasında əyani tədris dayandırılıb.

Buna səbəb təhsil müəssisəsində müəllim və şagirdlər arasında koronavirus infeksiyasının yayılmasıdır.

Belə ki, bir neçə gün əvvəl sinif müəllimlərindən birinin ailəsində, sonra özündə koronavirus aşkarlanıb. Daha sonra gimnaziyanın bir neçə müəllim və şagirdi də virusa yoluxub. Ona görə də Respublika İncəsənət Gimnaziyasında dərslər dayandırılıb. Valideynlərə bildirilib ki, əyani dərslər martın 9-dək təxirə salınır.

Dərslər distant formada davam etdiriləcək.

Qeyd edək ki, bundan əvvəl 82 saylı tam orta məktəbdə də anoloji vəziyyət baş vermişdi.///report

Tarix
23 Fevral 2021 [09:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-02-23 09:48:30
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin