Azərbaycanda piratçılığın səviyyəsi azalıb

17:30 - 22 Fevral 2021 - Mədəniyyət

Azərbaycanda piratçılığın səviyyəsi xeyli azalıb.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin 2020-ci ilin yekunları üzrə görülmüş işlər barədə hesabatında deyilir ki, aidiyyəti dövlət qurumları ilə görülən birgə tədbirlərin nəticəsi olaraq 2005-ci illə müqayisədə piratçılığın səviyyəsi kitab satışı sahəsində 61%-dən 22%-ə, audio-video məhsul bazarında 90%-dən 57%-ə, proqram təminatında 96%-dən 71%-ə düşüb.

Mədəni irsin qorunması və erməni plagiatına qarşı mübarizə tədbirləri hesabat ilində diqqət mərkəzində saxlanılıb, maddi və qeyri-maddi mədəni irs nümunələrimizə iddiaların qarşısının alınması istiqamətində müvafiq işlər görülərək, müəlliflərin pozulmuş hüquqları bərpa edilib.

Xəbər xətti