Olimpiya çempionu xizək yamacından yıxıldı

20:14 - 11 Dekabr 2025 - Xəbər

Dağ xizəyi üzrə ikiqat Olimpiya çempionu Mişel Gisin İsveçrənin Sankt-Moritz şəhərində keçirilən Dünya Kuboku yarışından əvvəl məşq zamanı yüksək sürətlə maneyə çırpılıb.

Ucnoqta.az xəbər verir ki, Associated Press-in məlumatına görə, o, helikopterlə xəstəxanaya aparılıb.

İdmançı yamacdan saatda 110 km-dən çox sürətlə enirdi. Portal "20min" xəbər verir ki, Gisinin sol dizində və sağ qolunda ilkin zədələr var, lakin başı, boynu və kürəyi zədə almayıb.

Gisin son bir ayda İsveçrə milli komandasında yıxılma nəticəsində zədələnən üçüncü Olimpiya çempionudur.

Xəbər xətti