Tramp administrasiyasının rəsmi TikTok kanalı yaradılıb

10:33 - 12 Dekabr 2025 - Xəbər

Ağ Ev ABŞ prezidenti Donald Tramp administrasiyası üçün rəsmi TikTok hesabı yaradıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin açıqlamasında deyilir.

"Bütün dövrlərin ən böyük administrasiyası artıq TikTok-dadır. Bütün ikonik anları bir yerdə görmək üçün abunə olun."

Prezidentin TikTok kanalına yüklənən ilk üç musiqi videosu Tramp administrasiyasının katiblərinin işinə və ABŞ-dan qeyri-qanuni immiqrantların deportasiyasına həsr olunmuş olub.

Xəbər xətti