Amerikalı model istirahətdən görüntülərini PAYLAŞDI- FOTO

18:29 - 20 Fevral 2021 - MAQAZİN

Fələstin əsilli amerikalı model Bella Hadid tropik adada istirahətindən görüntülər paylaşıb.

Oxu.az-ın məlumatına görə, fotolar onun “Instagram” hesabında paylaşılıb. Kadrlarda 24 yaşlı modelin qolf üçün maşını idarə etdiyi görünür.

Paylaşım pərəstişkarlar tərəfindən böyük maraqla qarşılanıb. Fotolar az müddətdə 1,9 milyona yaxın bəyənmə yığıb.
Bir çox istifadəçi Bella Hadid kimi ideal bədən quruluşuna sahib olmaq arzusunu bildirib.


Xəbər xətti