Qərb bölgəsinə yağan qar yollarda çətinliklər yaradıb- Foto

19:19 - 17 Fevral 2021 - ÖLKƏ İÇİ

Şəmkir və və Gədəbəyə yağan güclü qar çətinliklər yaradıb.

APA-nın məlumatına görə, Gədəbəy-Şəmkir yolunda, xususilə Yasamal adlanan ərazidə avtomobillərin hərəkətində  çətinlik yaranıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun əməkdaşı Eşqin Qasımov sürücülərin həmin yollardan az istifadə etməsini tövsiyə edib.

Hazırda qeyri-sabit hava şəraiti davam edir.

Xəbər xətti