Azərbaycan Qazaxıstana pomidor ixracını kəskin artırıb

14:13 - 28 Yanvar 2021 - Xəbər

Azərbaycan 2020-ci ilin dekabrından Qazaxıstana 800 ton pomidor ixrac edib.

Bunu AZPROMO-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev Fondun 2020-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, 2019-cu ildə Azərbaycan Qazaxıstana 1 363 ton pomidor ixrac etmişdi:
"Görülən tədbirlər nəticəsində Azərbaycanın Qazaxıstana bir aylıq pomidor ixracı bu ölkəyə ümumi ixracın təxminən 70 faizini təşkil edib".

Onun sözlərinə görə, 2020-ci ildə Azərbaycan 200 milyon dollar məbləğində pomidor ixrac edib. İxracın 95 faizi Rusiya bazarlarının payına düşüb.

Xəbər xətti