Bakıda 21 yaşlı gənci avtomobil vurdu

22:06 - 27 Yanvar 2021 - HADİSƏ

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xətai rayonunda qeydə alınıb.
Neapol dairəsində yolu keçən 2000-ci il təvəllüdlü Mehdizadə Ceyhun Elşən oğlunu avtomobil vurub. Xəsarət alan yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sağ bazu sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.///report

Xəbər xətti