İcra başçısından yeni TƏYİNATLAR- FOTO

20:52 - 27 Yanvar 2021 - Xəbər

Ağstafa Rayon İcra Hakimiyyəti başçısının aparatında növbəti kadr təyinatları olub.

Bununla bağlı rayonun icra başçısı Seymur Orucov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Müşfiq Məmmədqulu oğlu Hüseynov başçının birinci müavini, Mirfərid Mirəsgər oğlu Mahmudov Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi və Elvin Namiq oğlu Pirquliyev Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi vəzifələrinə təyin olunublar.

Qeyd edək ki, M.Hüseynov bu təyinatadək Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri işləyib.///report


Xəbər xətti