ÜST "COVID pasportu" ilə bağlı məsələyə aydınlıq gətirib

“Vaksinasiya ilə bağlı 2 növ sənəd var. Bunlardan biri peyvənd olunmağa dair, həmçinin uşaqlara peyvənd olunduğu zaman verilən sənəddir”.

Bunu APA-ya Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. O bildirib ki, hər insana harda, nə vaxt peyvənd vurulduğu ilə bağlı sənəd verilməlidir: “Bunun elektron olması daha yaxşıdır, Azərbaycanda bununla bağlı işlər davam edir”.

Onun sözlərinə görə, digər sənəd isə səyahət edə bilmək imkanı verən sənəddir: “Səyahətlə bağlı sənəd hələ ki, ÜST-ün tövsiyə etdiyi bir şey deyil. İndiyə qədər sarı qızdırma ilə bağlı belə məcburiyyət var. Ondan başqa hər hansı xəstəliklə bağlı səyahət üçün sənəd yoxdur. Yenə də bunlara ölkələr özü qərar verməlidir”.

Tarix
27 Yanvar 2021 [16:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-27 16:23:18
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin