Əli bıçaqlı qadın küçədə dəhşət və qorxu yaşatdı – ANBAAN VİDEO

15:31 - 27 Yanvar 2021 - HADİSƏ

Türkiyənin Aydın vilayətində psixoloji problemləri olan gənc qadın əlində bıçaqla ətrafa dəhşət və qorxu saçıb. Ucnoqta.az İHA-ya istinadən xəbər verir ki, hadisə Söke rayonunda qeydə alınıb.

Agentliyin məlumatına görə, Yenikənd məhəlləsində psixi problemləri olduğu öyrənilən gənc qadın, əvvəlcə bir qadınla söhbət edən kişiyə bıçaqla hücum edib. Asfalta yıxılan şəxs hadisəni xəsarət almadan xilas olub. Gənc qadın daha sonra isə park vəziyyətində olan bir avtomobilin şüşə silənlərini qopardaraq maşına vurmağa başlayıb.

Yanındakı bir qadın isə, onu sakitləşdirməyə çalışsa da, lakin o, buna nail ola bilməyib.

Baş verən insidentlərdən sonra, məlumat alan Rayon Polis İdarəsinin əməkdaşları, sakinlərə hücum çəkən qadının yaxalanıb saxlanılması istiqamətində tədbirlərə başlayıblar.

 

Namiq Musayev

 

 

Xəbər xətti