Bakı sakini özünü 18 mərtəbəli binadan atdı - YENİLƏNİB

16:57 - 26 Yanvar 2021 - HADİSƏ

Bakıda 27 yaşlı şəxs 8-ci mərtəbədən özünü atıb

Bakı şəhəri, Xətai rayonunda intihar edən şəxsin adı məlum olub.

"Report" xəbər verir ki, bu, Bakı sakini, 1994-cü il təvəllüdlü Mahmudov Yaşar Mehman oğludur. O, yaşadığı Xudu Məmmədov küçəsində yerləşən 18 mərtəbəli binanın 8-ci mərtəbəsindən özünü ataraq intihar edib.

Faktla bağlı Xətai rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

14:26

Bakıda naməlum şəxs özünü 18 mərtəbəli yaşayış binasından atıb.

“Report” xəbər verir ki, hadisə Xətai rayonu, Xudu Məmmədov küçəsində "TikMat" kimi tanınan binada qeydə alınıb.

Məlumata görə, həmin şəxs hadisə yerində keçinib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, araşdırma aparılır.


Xəbər xətti