Azərbaycan Texniki Universiteti STP ilə əməkdaşlığı davam etdirir

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkının (STP) rəhbərliyi ilə görüşüb.

Ucnoqta.az xəbər verir ki, görüşdə STP-nin Biznes Vahidləri və Müştərək şirkətlərin rəhbərləri də iştirak edib.

Qonaqlar STP-nin Elektrik Avadanlıqları, Kabel və Dəqiq Emal zavodları ilə tanış olduqdan sonra, ikitərəfli əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparıb. Məqsəd təhsil və istehsal müəssisələrinin əməkdaşlıq müstəvisini genişləndirmək, həmçinin birgə reallaşdırılacaq təşəbbüsləri intensivlərşdirməkdir.

Görüşdə Azərbaycanda qeyri-neft sektorunun inkişafında tələbələrə verilən nəzəri biliklər əsasında təcrübənin genişləndirilməsi, eləcə də müasir innovasiyalar və yüksək texnolodiyaların tətbiqinin öyrənilməsi istiqamətində əməkdaşlığın zəruriliyi vurğulanıb.

Təkcə kadr hazırlığı istiqamətində deyil, eyni zamanda tədrisin təşkili, elmi-tədqiqatların genişləndirilməsi məqsədilə əməkdaşlığın yeni imkanları və formatının hazırlanması barədə razılıq əldə olunub.
 

Tarix
26 Yanvar 2021 [15:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-26 15:38:36
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin