Şamaxıda qanunsuz ov edənlər saxlanılıb -Foto

12:32 - 26 Yanvar 2021 - Xəbər

Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Qonaqkənd kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerlərin Şamaxı rayonu İkinci Çaylı kənd sakinləri Fəxrəddin Zərbəliyev və Sübhan Həbibov olduqları məlum olub. Həmin şəxslərdən “MR-155” və “Tula” markalı ov tüfəngləri, həmçinin hər iki silaha məxsus 35 patron götürülüb. S.Həbibova məxsus “Tula” markalı odlu silahın müvafiq sənədlərinin olmadığı da müəyyən edilib.

Faktla bağlı qanun pozucuları barəsində Rayon Polis Şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib


Xəbər xətti