"Qarabağ"ın rəqibi bilindi - Azərbaycan Kuboku

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

"Report" xəbər verir ki, "Turan Tovuz" "Qəbələ"ni qəbul edib.

Tovuz şəhər stadionundakı qarşılaşma Premyer Liqa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matç "Turan"ın keçmiş prezidenti Tahir Yusifovun vəfatı ilə əlaqədar bir dəqiqəlik sükutla başlayıb.

Görüşdə "Qəbələ"nin qollarını 32 dəqiqədə Stefan Vukçeviç və 45+2-ci dəqiqədə Ceyms Adeniyi vurub. Elmar Baxşıyevin baş məşqçi olduğu komanda 1/4 final mərhələsində "Qarabağ"a rəqib olub.

Qeyd edək ki, 1/8 finalın ilk oyununda "Səbail" I Divizion təmsilçisi "Zaqatala"nı 3:2 hesabı ilə məğlub edərək, növbəti raundda "Sumqayıt"a rəqib olub. 1/4 finalın ilk matçları 1-2 fevralda, cavab görüşləri iə 6-7 fevralda keçiriləcək. İlk oyun Tofiq Bəhramov adına Respublika stadionunda, cavab görüşü isə Qəbələ şəhər stadionunda olacaq.

Tarix
25 Yanvar 2021 [15:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-25 15:59:36
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin