Yüksək sürət dəhşətli qəzaya səbəb oldu; 1 ölü, 1 yaralı - VİDEO

15:07 - 24 Yanvar 2021 - HADİSƏ

Çeçenistanda qorxunc qəzanın görüntüləri təhlükəsizlik kamerasına düşüb. Ucnoqta.az xəbər verir ki, hadisə Oysxar qəsəbəsində qeydə alınıb.

Kadrlarda, “Ford Focus” markalı minik avtomobilinin yüksək sürətlə hərəkətdə olduğu və bu zaman yol kəsişməsində digər hərəkət zolağına manevr edən “Qazel”ə çırpıldığı görülür.  

Daha sonra, zərbənin təsirindən hər iki nəqliyyat vasitəsində yanğın baş verir.

Yerli KİV-in məlumatına görə, qəza nəticəsində “Ford”un sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb, “Qazel” sürücüsü isə xəstəxanaya yerləşdirilib.

 

Namiq Musayev

 

Xəbər xətti