2 783 şəhidin 7 127 ailə üzvünə sosial ödənişlər təyin olunub

Sosial ödənişlərin təyinatı prosesi yekunlaşmaq üzrədir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə Prezidentin aylıq təqaüdünün, müavinət və pensiyaların təyinatı işləri yekunlaşmaq üzrədir.

Nazirlikdən Ucnoqta.az-a bildirilib ki, postmüharibə dövrü üzrə sosial dəstək tədbirləri çərçivəsində şəhidlərimizdən artıq 2783 nəfərin 7127 ailə üzvünə sosial ödənişlər təyin olunub.

Bu sahədə işlərin operativ şəkildə yerinə yetirilməsi məqsədilə DSMF əməkdaşları səfərbər edilib. Sosial ödəniş təyinatları üçün şəhid ailələri üzvlərindən zəruri sənədlər istənilmədən, bu sənədlər Fondun əməkdaşları tərəfindən aidiyyəti qurumlardan alınaraq toplanılmaqla sosial ödənişlər təyin olunur.

Təyinatlar elektron qaydada, proaktiv şəkildə həyata keçirilir.
Aparılmış sosal ödəniş təyinatları barədə şəhid ailələri məlumatlandırılır, bir çox hallarda onlarla ünvanlarında görüşlər keçirilərək təqaüd kartları təqdim olunur.

Tarix
23 Yanvar 2021 [17:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-23 17:22:44
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin