ABŞ-da turist avtobusu aşdı; 1 ölü, 42 yaralı - FOTO

12:09 - 23 Yanvar 2021 - HADİSƏ

ABŞ-da turistlərin olduğu avtobus qəzaya uğrayıb. Ucnoqta.az xəbər verir ki, hadisə Arizona ştatının şimal-qərbində qeydə alınıb. Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Qərbi Qrand-Kanyonuna ekskursiyaya gedən turistləri aparan, ümumilikdə içərisində 48 nəfərin olduğu avtobus, hələlik müəyyən olunmayan səbəblərdən sürücünün idarəetməsindən çıxaraq yolun hərəkət hissəsinə aşıb.

Qəza nəticəsində 1 nəfər ölüb, 42 nəfər xəsarət alıb.

Bildirilir ki, onlardan ikisinin vəziyyəti ağır, yeddisinin orta ağır, 33 nəfərin isə yüngüldür.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

 

Xəbər xətti