Masallı xəstəxanasında əməliyyat keçirildi - Baş həkim saxlanıldı (Yenilənib)

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov və baş mühasibi Sətulla Məmmədov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıblar.

Baş Prokurorluğun Mətbuat xidmətindən Ucnoqta.az-a bildirilib ki, bu barədə ictimaiyyətə daha sonra rəsmi məlumat veriləcək.


20:51

Bu gün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Masallı rayon xəstəxanasında əməliyyat keçirilib.


"Qafqazinfo"nun verdiyi xəbərə görə, əməliyyat zamanı xəstəxananın baş həkimi Cəlil Nəzərov saxlanılıb.
Onun maliyyə yeyintisinə görə saxlanıldığı bildirilir. Məlumat hüquq-mühafizə orqanları tərəfindən təsdiqlənib.

Qeyd edək ki, əməliyyatın keçirilməsi ilə bağlı ilk xəbəri cenub.az saytı yayıb.

Tarix
22 Yanvar 2021 [21:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-22 21:25:07
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin