Azərbaycanda idmançılar nə vaxt peyvənd olunacaq?

17:32 - 22 Yanvar 2021 - İDMAN

Azərbaycan idmançılarının koronavirus əleyhinə peyvənd olunmalarına dair təlimat hələ verilməyib. Bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova bildirib ki, bizə bu barədə heç nə deyilməyib. İdmançıların peyvənd olunmaları ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, Rusiya yığmalarının idmançıları martda koronavirus əleyhinə peyvənd olunmağa hazırlaşırlar. Qərar ötən ilin dekabrında qəbul edilib. Aşılama prosesi hər bir idmançı üçün könüllü olacaq. İmmunitetin aşağı düşməməsi üçün idmançılara yarış və ya çətin fiziki yüklənmə dövründə peyvənd vurulmayacaq. ("Report")

Xəbər xətti