Ağcabədidə su kanalından qadın meyiti tapılıb.
Ağcabədi rayon sakini, 1982-ci il təvəllüdlü Cəfərova Xəyalə Zakir qızının meyiti “Hacıbaba” kanalının rayonun Ü.Hacıbəyli prospektindən keçən hissəsində aşkarlanıb. Hadisə yerinə rayon Prokurorluğunun, polis şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Hadisənin təfərrüatları hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.///Apa
Tarix
22 Yanvar 2021 [16:08]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin