Bağdadda partlayış: 21 nəfər ölüb, 44 nəfər yaralanıb

14:00 - 21 Yanvar 2021 - DÜNYA

İraqın paytaxtı Bağdadda ard-arda törədilən iki partlayış nəticəsində 21 nəfər ölüb, 44 nəfər yaralanıb.

“Report” "TRT Haber"ə istinadən xəbər verir ki, partlayış paytaxtın Tayaran meydanında yerləşən bazarda baş verib.
Terrorçu-kamikadze meydanda özünü partladıb.

Yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Ona görə ölənlərn sayının artacağı istisna edilmir.

Xəbər xətti