ABŞ-ın 46-cı prezidenti Cozef Baydenin inauqurasiya mərasimi baş tutub.
Trend-in məlumatına görə, Kapitolinin pilləkənlərində keçirilən mərasim zamanı C.Bayden and içib və prezident kimi fəaliyyətə başlayıb.
C.Bayden bildirib: "Mən, kiçik Cozef Roinett Bayden təntənəli şəkildə and içirəm ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti kimi dürüst davranacağam və bütün gücümlə ABŞ Konstitusiyasını qoruyacağam".
Beləliklə Bakı vaxtı ilə saat 21:00-da Cozef Baydenin 4 illik prezidentlik müddəti başlamış oldu.
C.Baydenin inauqurasiya mərasimində sabiq prezidentlər Bill Klinton, kiçik Corc Buş və Barak Obama da iştirak ediblər.
Tarix
20 Yanvar 2021 [21:18]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin