Biləsuvarda 20 Yanvar şəhidləri yad edilib- Foto

14:20 - 20 Yanvar 2021 - ÖLKƏ İÇİ

Biləsuvar rayonunda 20 Yanvar şəhidləri yad edilib.

Ucnoqta.az xəbər verir ki, qanlı 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, icra başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətinin nümayəndələri rayonda yerləşən Şəhidlər Xiyabanını, eləcə də 20 Yanvar faciəsinin qurbanlarından olan Əlimərdan Hüseynovun Çaylı kənd qəbirstanlığındakı məzarını ziyarət ediblər.

Ölkəmizin azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi yad edilib, qəbirləri üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Allah torpaqlarımızın azadlığı və dövlətimizin bötüvlüyü uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət etsin!


Xəbər xətti